0
Sevimlilərə əlavə et
Vergilər məcəlləsinin 99.3.3 maddəsinə əsasən fiziki şəxsin əmlakın icarəyə verilməsindən gəlirindən 14 faiz dərəcə ilə vergi tutulur.
Hesabat vermə öhdəliyi
1 - ci hal: Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə ( 𝐵𝑎ş𝑞𝑎 𝑠ö𝑧𝑙ə 𝑑𝑒𝑠ə𝑘, 𝑖𝑐𝑎𝑟ə𝑦ə 𝑣𝑒𝑟𝑑𝑖𝑦𝑖𝑛𝑖𝑧 𝑡ə𝑟ə𝑓 𝑣𝑒𝑟𝑔𝑖 ö𝑑ə𝑦𝑖𝑐𝑖𝑠𝑖 𝑜𝑙𝑎𝑑𝑢ğ𝑢 ℎ𝑎𝑙𝑑𝑎) icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində 14 faiz dərəcə ilə 𝐢𝐜𝐚𝐫ə𝐲ə 𝐠ö𝐭ü𝐫ə𝐧 şəxslər tərəfindən yerinə yetirilir. Bu halda Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək ö𝐡𝐝ə𝐥𝐢𝐲𝐢 𝐲𝐚𝐫𝐚𝐧𝐦ı𝐫.
📚 2 - ci hal : İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda (𝐵𝑎ş𝑞𝑎 𝑠ö𝑧𝑙ə 𝑑𝑒𝑠ə𝑘, 𝑣𝑒𝑟𝑔𝑖 ö𝑑ə𝑦𝑖𝑐𝑖𝑠𝑖 𝑜𝑙𝑚𝑎𝑑ı𝑞𝑑𝑎) isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (𝐕Ö𝐄𝐍 𝐚𝐥𝐦𝐚𝐥ı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
🏢 Eyni zamanda, “Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsinin 12-ci abzasına əsasən muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti ve s gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı 𝐡𝐞𝐬𝐚𝐛𝐥𝐚𝐧𝐦ı𝐫.
Kateqoriya | Vergi hüququ |
Yerləşdirildi | 3 gün öncə |
İzlənib | 13 dəfə |
Teqlər
bag evi icare vergi bag evi
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.