4/4
Sevimlilərə əlavə et
Mülki işlərdə hansı şəxslər vəkil tərəfindən göstərilən hüquqi yardımdan ödənişsiz istifadə edə bilər?
⚖️orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
⚖️insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
⚖️valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
⚖️ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
⚖️müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
⚖️maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.
Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır.
Vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır.
Kateqoriya | Mülki hüquq |
Yerləşdirildi | 5 gün öncə |
İzlənib | 13 dəfə |
Teqlər
odenissiz vekil vekil xidmeti pulsuz vekil odenissiz vekil