Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
İşəgötürən maaşımı ödəmir. Nə edə bilərəm?

0

  • Bu halda siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayətinizi bildirə bilərsiniz.

    Əgər probleminiz həll olunmazsa, mediasiyaya müraciət edilməlidir. Mediasiya prosesində işəgötürənlə aranızda razılaşma əldə olunmazsa, “ödənilməmiş əməkhaqqının ödənilməsi” tələbi ilə məhkəmədə iddia qaldıra bilərsiniz.

    Məhkəməyə müraciət üçün tələb olunan sənədlər: əmək müqaviləsinin əsli; şəxsiyyət vəsiqəsinin surəti; mediasiya arayışı, mediasiya xərcinə dair qəbz; ödənilməmiş əməkhaqqı ilə bağlı sübutlar (maaş cədvəlləri, bank çıxarışları və s.)

    Əmək mübahisələri üzrə mediasiya xərci 60 AZN təşkil edir. (Bu məbləğ işçi və işəgötürən arasında bərabər bölünə bilər)

    Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar.

    Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə iddiaların qaldırılması üçün 1 il iddia müddəti nəzərdə tutulur.

    Mediasiya təklifi, mediasiyaya ərizə və iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaƏmək hüququ
    Yerləşdirildi5 ay öncə
    İzlənib55 dəfə
    Teqlər
    emek maas emekhaqqi isci isegoturen isciler odemir
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.