Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Telefon danışıqları və yazışmalar məhkəmədə sübut kimi istifadə oluna bilərmi?

3/3

  • Mülki Prosessual Məcəlləyə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran hallara dair yalnız qanunla müəyyən olunmuş qaydada əldə olunan məlumatlar sübut hesab olunur.
    Qanunu pozmaqla əldə olunmuş sübutlar dedikdə şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə olunan sübutlar başa düşülür.

    Lakin tərəflər arasında mübahisəli məsələ ilə bağlı olan danışıqlar və yazışmaların həmin mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Həmin danışıqlar və yazışmalar mübahisənin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları digər iradə ifadələrindən fərqlənmir.

    Başqa şəxslər deyil, birbaşa mübahisənin tərəfləri arasında olan telefon danışıqları və yazışmaların həmin mübahisələrin həllində istifadə edilməsi qanuna zidd hesab edilə bilməz.
    Tərəflər aralarındakı mübahisə ilə bağlı telefon danışıqlarını və yazışmaları məhkəməyə sübut qismində təqdim edə bilərlər. Məhkəmələr də həmin məlumatları sübut kimi istifadə edə bilər.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaMülki hüquq
    Yerləşdirildi2 ay öncə
    İzlənib205 dəfə
    Teqlər
    telefon danisiq subut yazisma whatsapp xeyanet
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.