0
Sevimlilərə əlavə et
Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən dərəcə ilə vergini özü ödəyir. Bu, o deməkdir ki, evini 400 manat kirayə vermiş şəxs aylıq 56 manat vergi ödəməlidir.
Evi kirayəyə götürən şəxs vergi ödəyicisi olduğu halda isə ev sahibinə ödədiyi icarəhaqqından 14 faizini vergi olaraq çıxaraq yerdə qalanını ev sahibinə ödəməlidir. Bu halda kirayəçi 400 manatın 56 manatını çıxıb qalan 344 manatı ev sahibinə ödəyəcək.
Hər bir halda mənzil kirayə verilərkən vergi uçotuna alınmalıdır. Vergi Məcəlləsinin 58-ci maddəsinə görə, vergi orqanlarında uçota düşməməyə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
| Kateqoriya | Vergi hüququ |
| Yerləşdirildi | 1 il öncə |
| İzlənib | 197 dəfə |
Teqlər
kiraye ev vergi cerime ceza
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.