Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Mən boşanmaq istəyirəm, amma qarşı tərəf razılaşmır. Nə etməliyəm?

0

  • Ailə mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə qanunla mediasiyada iştirak tələb olunduğundan, qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə yazılı təklif göndərməlisiniz. 10 iş günü müddətində təklifiniz qəbul edilmədikdə və ya qarşı tərəflə mediator və ya mediasiya təşkilatı barədə razılığa gələ bilmədikdə mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına onlayn qaydada müraciət edə bilərsiniz. Qarşı tərəf ilkin mediasiya sessiyasında da iştirak etmədikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı hazırlayaraq, həmin şəxslərə təqdim edir. Bu arayış əsasında məhkəməyə müraciət edə bilərsiniz.

    Ailə Məcəlləsinin 20-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. 3 ayın sonunda qarşı tərəflə barışıq əldə etməsəniz və siz nikahın pozulmasında təkid etsəniz, nikahınız məhkəmə qaydasında pozulacaq.

    Təqribi hesabla mediasiya prosesiniz 1 ay, məhkəmə prosesiniz isə 3 ay çəkəcək.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaAilə hüququ
    Yerləşdirildi16 saat öncə
    İzlənib32 dəfə
    Teqlər
    bosanma muddet razilasma mediasiya mehkeme aliment
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.