5/5
Sevimlilərə əlavə et
Nikaha daxil olanadək və ya nikah dövründə qadına hədiyyə şəklində verilən qızıl-ziynət əşyaları onun şəxsi əmlakına aid edilir.
Həmin əmlak nikahın pozulması zamanı (boşanma zamanı) ər-arvad arasında bölünmür. Bununla yanaşı cehiz əmlak da qızın ailəsi tərəfindən ona verilmiş hədiyyə olduğu üçün onun şəxsi əmlakına aid edilir.
Yəni cehiz tərəflərin birgə mülkiyyəti hesab edilmir. Boşanmadan sonra və ya rəsmi qaydada boşanma olmadan da qadın ona məxsus olan cehiz əmlakını tələb edə bilər.
Qarşı tərəf qadına hədiyyə olaraq verilmiş qızıl-ziynət əşyalarını və cehiz əmlakı könüllü şəkildə geri qaytarmırsa, qadın ilk öncə mediasiyaya müraciət etməlidir. Mediasiyada razılıq əldə olunmazsa, o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həm qızıl-ziynət əşyalarını, həm də cehiz əmlakı tələb edə bilər.
| Kateqoriya | Ailə hüququ |
| Yerləşdirildi | 1 il öncə |
| İzlənib | 309 dəfə |
Teqlər
cehiz emlak qizil zinyet esya bosanma bolgu cehizler qizillar
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.