Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Şəxs cinayət törətdikdən nə qədər müddət sonra məsuliyyətdən azad edilə bilər?

0

  • Cinayəti törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək qanunla müəyyən edilən müddətlər keçdikdə (cinayətlərin təsnifatına uyğun olaraq), şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

    - böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 2 il;
    - az ağır cinayətlər üzrə 7 il;
    - ağır cinayətlər üzrə 12 il;
    - xüsusilə ağır cinayətlər üzrə isə 20 il.


    Cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə, şəxs barəsində cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.

    Qanunvericiliyə əsasən, aşağıda qeyd olunan cinayətləri törətmiş şəxslər müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilə bilməz.

    - sülh və insanlıq əleyhinə (CM 100-113);
    - müharibə cinayətləri (CM 114-119);
    - terrorçuluq (CM 214);
    - terrorçuluğu maliyyələşdirmə (CM 214-1).


    Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaCinayət hüququ
    Yerləşdirildi2 gün öncə
    İzlənib8 dəfə
    Teqlər
    mesuliyyet cinayet celbetme muddet agir ittiham xitam
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.