0
Sevimlilərə əlavə et
İlk növbədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra aliment ödəməli olan şəxsə, yəni cavabdehə aliment ödənilməsi ilə bağlı icraata başlamaq barədə qərar göndərilir və 10 gün müddətində aliment ödənilməsinin könüllü təmin edilməsi təklif edilir.
Cavabdeh icra sənədi üzrə alimentin ödənilməsi tələbini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməzsə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməzsə, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmaqla, 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, şəxsiyyəti nəzərə alınmaqla, barəsində 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh tərəfindən qərəzli olaraq icra edilmədikdə o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İnzibati yaxud cinayət məsuliyyətinə cəlb edilmiş şəxs cəzasını çəkdikdən sonra, alimentin ödənilməsini davam etdirməlidir. Yəni bu cəzaların çəkilməsi aliment öhdəliyini aradan qaldırmır və yenidən məsuliyyətə cəlb edilə bilər.
Kateqoriya | Ailə hüququ |
Yerləşdirildi | 3 saat öncə |
İzlənib | 6 dəfə |
Teqlər
aliment bosanma ceza cerime hebs nikah
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.